Şou biznes

“Həkimlərə deyirlər ki, məni Mətanətin bədəni kimi yığın” – Müğənnidən onu lağa qoyanlara CAVAB

Müğənni Mətanət Əsədovanın arxiv fotosu yayılıb. Foto İnstaqram səhifələrinin birində paylaşılıb.İnstaqram izləyiciləri ifaçının arxiv fotosunu lağa qoyaraq, onun estetik əməliyyatla tam dəyişdiyini bildiriblər.

Sonxeber.az-a açıqlama verən müğənni Mətanət Əsədova onu lağa qoya istifadəçilərə cavab verib:

“Həmin şəkildə lap gözələm, lap qəşəngəm. Orda bircə burnum pis görünür, ancaq təbii gözələm. Nəyimi lağa qoyurlar?! Mənim heç kimlə işim yoxdur, Allah onlara ağıl versin. Çünki insan özünü necə görürsə, başqasını da elə görür. Təpədən dırnağa Allah mənə heç bir eyib verməyib. Əsas mən özüm görürəm”.

Müğənni əməliyyatdan qorxduöunu da dilə gətirib:

“Mən efirə çıxandan sonra millət özünü mənə oxşadı. Mən kiməsə yox. Gedib həkimlərə deyirlərki, “məni Mətanətə oxşadın, onun bədəni kimi yığın”. Kaş ki, əvvəl ki, burnum olardı, heç kəsdirməzdim. Allaha şükür gözüm yerində, qaşım yerində. Heç bir plastik əməliyyat etdirməmişəm. Mənim kimi bəlkə də əməliyyatdan qorxan ikinci adam yoxdur. Məni heç bir həkim qəbul etməz, çünki qanım çox aşağıdır”.

Qeyd edək ki, ifaçının fotosuna “Sonra da deyir heç bir əməliyyat etdirməmişəm, qızım, sən Məhəmməd kişidən Mətanətə dönmüsən”,”Elə bildim dayımoğlu Qədirdi, parik qoyub”- deyə tənqidi şərhlər yazıblar.

"Həkimlərə deyirlər ki, məni Mətanətin bədəni kimi yığın" – Müğənnidən onu lağa qoyanlara CAVAB

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir