Manşet

Bu gün Xankəndində “dron havası” hökm sürəcək

Azərbaycan Ordusunun 40 gündən çoxdur davam edən əks-hücum əməliyyatlarının uğurlu nəticələri göz önündədir. Ötən günlər havanın kəskin şəkildə soyumasının şahidi olduq. Havanın soyumasının hərbi uğurlarımıza mənfi təsir göstərə bilməsi ehtimalı insanlarda narahatlığa səbəb olmuşdu. Müharibə zamanı havanın əlverişli olması əsas amillərdən biridir.

Hazırda işğal altında olan və işğaldan azad edilmiş ərazilərimizdə hava durumu necədir? Qarşıdakı günlər üçün hansı hava proqnozlaşdırılır?

Modern.az saytı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, düşməndən azad olunmuş Şuşa şəhərində noyabrın 10-da havanın buludlu və günəşli olacağı gözlənilir. Temperatur 2-10 dərəcə arasında dəyişəcək. Noyabrın 11-də yağıntılı və buludlu olacağı və temperaturun 2-8 dərəcə arasında dəyişəcəyi proqnozlaşdırılır.

Xankəndində noyabrın 10-da hava günəşli və qismən buludlu olacaq, temperaturun 4-13 dərəcə arasında dəyişəcəyi ehtimal olunur. Noyabrın 11-də isə bir neçə dəfə leysan xarakterli yağış yağacaq və temperatur 5-12 dərəcə arasında dəyişəcək.

Laçında noyabrın 10-da hava arabir buludlu və günəşli olacaq, temperatur 1-13 dərəcə arasında dəyişəcək. Noyabrın 11-də isə dəyişkən buludlu olacaq, temperaturun 2-9 dərəcə arasında dəyişəcəyi gözlənilir.

Ağdamda noyabrın 10-da hava şəraiti artan buludlu olacaq və temperaturun 7-16 dərəcə arasında dəyişəcəyi gözlənilir. Noyabrın 11-də isə havanın yağıntılı olacağı, temperaturun 8-15 dərəcə arasında dəyişəcəyi proqnozlaşdırılır.

Xocalıda noyabrın 10-da havanın buludlu olacağı, temperaturun 4-13 dərəcə arasında dəyişəcəyi gözlənilir. Noyabrın 11-də isə hava yağıntılı olacaq, temperatur 5-12 dərəcə arasında dəyişəcək.

Xocavənddə noyabrın 10-da isə hava qismən buludlu, dəyişkən olacaq, temperatur 6-15 dərəcə arasında dəyişəcək. Noyabrın 11-də əsasən buludlu və yağıntılı olacağı proqnozlaşdırılır. Temperatur 7-15 dərəcə arasında dəyişəcək.

Kəlbəcərdə noyabrın 10-da isə hava qismən buludlu, yağıntısız olacaq, temperatur -1+11 dərəcə arasında dəyişəcək. Noyabrın 11-də hava buludluolacaq, dolu düşəcəyi proqnozlaşdırılır. Temperatur -5+7 dərəcə arasında dəyişəcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir