Manşet Səhiyyə

Azərbaycanda koronavirusdan ölənlərin sayı artır – SON VƏZİYYƏT

Azərbaycan Respublikasındakoronavirus(COVID-19) infeksiyasına1364 yeni yoluxmafaktı qeydə alınıb, 1015 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 71 580 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 53 001 nəfər müalicə olunaraq sağalıb, 927 nəfər vəfat edib, aktiv xəstə sayı 17 652 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 744, ötən müddət ərzində isə ümumilikdə 1 489 382 test aparılıb.

Qeyd edək ki, 12 Noyabrda 1622 yoluxma faktıqeydə alındığı,20 nəfərinvəfat etdiyi açıqlanmışdı.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir