Manşet

Ermənistanın hərbi sənaye komitəsinin sədri vəzifəsindən azad edildi

 

Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyi Hərbi Sənaye Komitəsinin sədri Artak Davtyan tutduğu vəzifədən azad edilib.

“Sputnik”in məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan bununla bağlı sərəncam imzalayıb.

Artak Davtyan iyulun 17-dən etibarən Hərbi Sənaye Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdu. Bundan əvvəl isə Ermənistan silahlı qüvvələri baş qərargah rəisi olub.

Onun koronavirusa görə karantin qaydalarını pozaraq, oğluna toy etdiyi ilə bağlı ölkədə yayılan böyük rezonansa görə bu vəzifədən azad edildiyi ehtimal olunur.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir