Gəncə şəhərində evdə partlayışda xəsarət alan qadın vəfat edib.
Qafqazinfo-nun verdiyi xəbərə görə, noyabrın 13-də şəhər sakini, 1962-ci il təvəllüdlü Gülnarə Əliyeva yaşadığı evin qaz sobasını yandıran zaman baş vermiş qəfil partlayış nəticəsində ağır xəsarətlər alıb.
O, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilsə də, noyabrın 16-da orada vəfat edib.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.