Artıq qaz təchizatı ilə bağlı bütün məsələlər öz həllini tapıb.
Bu barədə “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.
R.Əliyev qeyd edib ki, hazırda işləməyən qazanxanaların işə salınması davam etdirilir.
Qeyd edək ki, qurumun “Azəriqaz” İB-yə borcu səbəbindən qazanxanlara verilən qaz təchizatı dayandırılıb.
“Azəristiliktəchizat” ASC noyabrın 1-dən ölkənin ucqar rayonlarında, noyabrın 15-dən isə Bakı və ətraf ərazilərdə qış rejiminə keçidlə bağlı binalara istiliyin verilməsinə başlamalı idi.