Yerdə “spalniy meşok”un içinə girib, zamoku da çəkib yatmışdım.
Düz 3 saata yaxın yatmışam , gecə yatmamışdıq.
Səhərə yaxın 7-də gəlib çıxmışıq.
Torpaqda yatmağın öz ləzzəti olur.
Nə isə bir də ayılanda gördüm ki, başımın üstündə 7-8 nəfər silahlı kişi dayanıb.
Elə bildim əsir düşmüşəm.
Çünki yuxulu və yorğun idim.
Sonra gördüm ki, bizim dildə danışırlar.
Dedim həqiqi sizsiz?
Beynim tormuzlandı, anidən yuxudan ayılanda tormuzlanır axı” (Big.az)