“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatı nəticəsində əldə edilmiş Dağlıq Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılmasına dair razılaşmalara hazırda əməl olunur və ABŞ tərəfi hadisələrin bu cür inkişafını alqışlayır”.
TASS-ın məlumatına görə, bu sözləri ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Conatan Hoffman deyib.
“Deyə bilərəm ki, hazırda Azərbaycanla Ermənistan arasındakı sazişə bu mərhələdə əməl olunur”, – deyə C.Hoffman bildirib.