Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsündə tikinti işləri yekunlaşıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən məlumat verilib.
Bildirilib ki, yenidənqurmadan sonra körpüdə təhlükəsizliklə bağlı zəruri sınaq tədbirləri nəzərdən keçirilib. Yaxın zamanda Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkətinin bərpa edilməsi planlaşdırılır.
Tam olaraq Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkətə başlaması ilə bağlı tarix barədə əlavə məlumat veriləcək.