Manşet

Cavad Zərif iranlı alimin öldürülməsini terror aktı adlandırdı

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif nüvə fiziki Möhsün Fəxrizadənin Tehran yaxınlığında öldürülməsini beynəlxalq hüququn kobud şəkildə pozulması və terror aktı kimi qiymətləndirib.

C.Zərif bu barədə öz “Twitter” səhifəsində yazıb.

“İranın görkəmli elm adamlarından birinə qarşı terror beynəlxalq hüququn kobud şəkildə pozulması, insani və əxlaqi əsaslara məhəl qoyulmamasıdır və beynəlxalq məsuliyyət kəsb edir. Biz beynəlxalq ictimaiyyəti dövlət terrorunu qınamağa çağırırıq” –  İranın XİN başçısı paylaşımında qeyd edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir