İllərdir Ağdam həsrəti ilə yaşayan tanınmış yazıçı, Milli Məclisin deputatı Aqil Abbas Ağdamda rəqs edib.
Bu barədə “Haber Global” məlumat yayıb.
Aqil Abbas “Anadır arzulara hər zaman Qarabağ” musiqisini eşidərkən sevinc hisslərini rəqs etməklə ifadə edib.
Qeyd edək ki, Xalq artisti Mənsum İbrahimovun Ağdam Dram Teatrının binasının qalıqları önündəki ifasını Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri böyük maraqla dinləyiblər.
[media=https://youtu.be/lt01Qmd6u2Y]