Hindistanda qadının mədəsindən qapı kilidi, qaşıq, vintaçan, diş fırçası və bıçaq çıxıb.
Qarın ağrısı şikayəti ilə xəstəxanaya gedən adamın qarnından çıxanlar şok yaradıb.
Aparılan müayinələrdən sonra qarnında kista olduğu düşünülən xəstə əməliyyat olunub. Əməliyyat zamanı adamın qarnında bir vintaçan görüldükdən sonra, xəstə dərhal başqa bir xəstəxanaya göndərilib.
Xəstəxanadakı rentgen nəticələri xəstənin qarnında bir neçə yad maddənin olduğunu göstarib və bundan sonra təkrar əməliyyat olunan xəstənin qarnından 8 qaşıq, 2 vintaçan, 2 diş fırçası, bir mətbəx bıçağı və bir qapı kilidi çıxarılıb.
Qeyd edək ki. yerli mediada 35 yaşındakı adamın son 20 ildi şizofreniya xəstəsi olduğu bildirilib.