Manşet Səhiyyə

Koronavirusun daha bir dəhşətli fəsadı üzə çıxdı… – DİQQƏT

Yeni tip koronavirusa yoluxan xəstələrin 3 ay sonra yoxlanışı zamanı ağciyərlərində qalıcı zədə aşkarlanıb.

Okfsord Universitetinin alimləri 19-69 yaş aralığında olan 10 xəstənin ağciyərini ksenon qazı istifadə edərək maqnit rezonans ilə yoxlayıb. Yoxlanış zamanı ksenon qazını içinə çəkərkən nəfəs darlığı yaşayan 8 nəfərin ağciyərində zədə olduğu məlum olub.

Xəstələrin COVID-19 infeksiyasından 3 ay sonra nəfəs darlığı ilə yanaşı yorğunluqdan şikayət etdikləri, amma infeksiya dönəmində heç birinin reanimasiyada olmadığı bildirilib.

Alimlər xəstələrdəki ağciyər zədəsinin ənənəvi yollarla aşkar edilmədiyini deyir.
(redaktor)

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir