Çində yerləşən “AutoX” şirkəti, Şenzhendəki ümumi yollarda sürücüsüz robot taksilərin fəaliyyət göstərəcəyini açıqlayıb.
Şirkət, 25 vasitəlik yerli donanması üçün ehtiyat sürücüsünü və ya hər hansı bir uzaq operatoru tamamilə sildiyini bildirib.
Şirkətin baş direktoru Jianxiong Xiao, mətbuata açıqlamasında bildirib ki, artıq hər gün yollarda 100-dən çox nəqliyyat vasitələri fəaliyyət göstərir:
“Uzun illər bu qədər çalışdıqdan sonra, nəhayət, texnologiyanın kifayət qədər yetkinləşdiyi nöqtəyə gəldik, özümüzü əmin hiss etdik və təhlükəsizlik sürücüsünü həqiqətən aradan qaldıracaq nöqtəyə çatdıq”./Lent.az