Cəmiyyət

Hərbi xidmətdə olan müəllim namizədlərə şans veriləcək

Hazırda hərbi xidmətdə olan və onlayn müsahibə mərhələsində iştirak edə bilməyən şəxslərə güzəşt olunacaq.

Bununla bağlı Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi məlumat yayıb.

“Hərbi xidmətdə olduğu üçün hazırkı müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsində iştirak edə bilməyən şəxslər üçün növbəti dəfə keçiriləcək müsahibələrdə yenidən müraciət etmək imkanı yaradılacaq”, – deyə mərkəzdən qeyd edilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir