Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 100 kvadrat metr olan birmərtəbəli evin yanar konstruksiyaları 9 kvadrat metr sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.