“Burada liderliklər çox önəmlidir. Sən Qarabağla bağlı məclisdə qəbul etdirdiyin qərarla bura artıq dövlətdir demək haqqına sahib deyilsən”.
Bu sözləri bu gün Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Bunu hətta Paşinyan da qəbul etmir, ancaq sən – Makron olaraq bunu məclisdə qəbul etdirməyə çalışırsan. Makron siyasəti öyrənə bilməyib. Bəlkə bu axşam mənə hirslənəcək, amma biz haqqı söyləməliyik”, – deyə R.T.Ərdoğan söyləyib.