Manşet

Yunan-Roma güləşi üzrə millimiz Dünya Kubokunu neçə medalla başa vurdu?

Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunun yunan-Roma güləşi üzrə yarışları başa çatıb.

Millimiz bu yarışı üç medalla başa vurub.

Rəsul Çunayev, Rafiq Hüseynov kimi millimizin aparıcı üzvlərinin iştirak etmədiyi yarışda komandamız cəmi üç medal qazana bilib. Son gündə gürcüstanlı legionerimiz Beka Kandelaki (-130 kq) üçüncü yer uğrunda Rafal Krayevskiyə (Polşa) 9:0 hesabı ilə qalib gəlməklə bürünc medala yiyələnib.

Beləliklə, Azərbaycan bir gümüş və iki bürünc medalla yarışı başa vurub. Daha əvvəl İslambəy Dadovun (-67 kq) gümüş, Eldəniz Əzizlinin (-55 kq) isə bürünc medala sahib olduğunu xatırladaq.

Qeyd edək ki, dünəndən qadın güləşçilərin yarışına start verilib. Mariya Stadnik kimi aparıcı lider güləşçimizin iştirak etmədiyi yarışda millimiz cəmi üç güləşçi ilə təmsil olunur.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir