ABŞ Senatı daha əvvəllər Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi olan Culiya Fişeri Minskə yeni səfir təyin edib.
Bu barədə RT xəbər yayıb.
Bildirilir ki, Fişer 2008-ci ildən bəri Belarusda ABŞ diplomatik nümayəndəliyinin ilk təmsilçisi olacaq.
Qeyd edək ki, səfir Mixail Xvostovu Vaşinqtondan geri çağıran Minskin oxşar hərəkətinə cavab olaraq 2008-ci ilin martında ABŞ öz nümayəndəsi Karen Stüartı Belarusdan geri çağırmışdı.