Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə Fərdi Dünya Kubokunda qadın millimiz iki medal qazana bilər.
Alyona Kolesnik (-57 kq) bu gün təsəlliverici qarşılaşmada almaniyalı Laura Mertenslə üz-üzə gələcək. Alyona qalib gəlsə, bürünc uğrunda görüşdə rusiyalı Veronika Çumikova ilə qarşılaşacaq.
Ötən ilin Avropa çempionu Elis Manolova (-65 kq) da bürünc medal üçün təsəlliverici görüşə çıxacaq. Bulqar türkü olan legionerimizin rəqibi türkiyəli Aslı Dəmir olacaq.
Qeyd edək ki, qadın güləşçilərin mübarizəsində Tatyana Omelçenko (-62 kq) çıxışını medalsız başa vurub. Yunan-Roma güləşçilərimizdən isə İslambəy Dadov (-67 kq) gümüş, Eldəniz Əzizli (-55 kq) və Beka Kandelaki (-130 kq) bürünc medala sahib olub.