Rusiyada son bir gündə daha 26 509 nəfərə COVID-19 diaqnozu qoyulub.
Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 734 454 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 596 nəfər artaraq 48 564-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 176 100 nəfər sağalıb.