Manşet

İrəvan “müqəddəs torpaq” axtarışında… Atatürkə böhtan, Türkiyəyə qarşı ərazi tələbi…

Bu gün Ermənistanda düşmən ölkənin qondarma “dövlətçilik tarixi”nin ildönümü bayram kimi qeyd edilməkdədir. 1918-ci ildə Azərbaycan torpaqları üzərində formalaşan və 1920-ci ilin mart-apel aylarında ölkəmizə qarşı hərbi təcavüz həyata keçirən, nəticədə ordumuz tərəfindən darmadağın edilən düşmən, sözügedən tarixi dövrlə bağlı uydurma informasiyalar yayıb.

Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki,  Ermənistan dövlətinin devrilməsinə görə Türkiyə və Rusiyanı ittiham edən erməni mediasında, həmin dövrdə ermənilərin “türk-rus təcavüzü”ndən əziyyət çəkdiyi iddia olunmaqdadır. Hansı ki, həmin məqalələrdə Böyük Mustafa Kamal Atatürk və qardaş Türkiyə dövləti haqqında xeyli sayda əsassız, heç bir tarixi gerçəkliyə əsaslanmayan ittihamlar yer almaqdadır. Məsələn, erməni mediası idida edir ki, guya məhz “Kamalist Türkiyəsi”nin təzyiqi nəticəsində Ermənistan torpaqlarının bir hissəsi Türkiyənin nəzarəti altına keçib. Sözügedən məqalələrdə Türkiyənin Qars, İğdır və s. əraziləri ilə yanaşı, Ağrı dağı da Ermənistanın tarixi torpqları kimi təqdim edilib.

Göründüyü kimi, Azərbaycan torpaqları üzərində yaranan, bir qərinəyə yaxındır ki, Qarabağı işğalda saxlayan Ermənistan ölkəmizlə yanaşı digər qonşu dövlətlərə də faktiki olaraq ərazi iddiası irəli sürməkdə, tarixi reallıqları təhrif etməkdədir. Bu isə 1918-ci ildən bu günə kimi ötən 101 illik zaman amilinin erməni həyasızlığından heç bir şey əksiltmədiyini göstərir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir