Manşet Siyasət

İlham Əliyev Azərbaycanda koronavirus vaksinasiyasına başlanma vaxtından danışdı

“Azərbaycanda vaksinasiyaya gələn ilin əvvəlində başlanması planlaşdırılır. Bu, könüllük əsasında və dövlət hesabına olacaq”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının videokonfrans formatında növbəti sammitində çıxışı zamanı bəyan edib.

O, Azərbaycanın da vaksinasiya prosesinə qoşulduğunu bildirib.

Dövlət başçısının sözlərinə görə, aylardır ki, “Sputnik V”, “Astrazeneca”, “Sinopharm”, “Sinovac”, “Moderna”, “Pfizer-BioNTech” kimi aparıcı vaksin istehsalçıları ilə danışıqlar aparırılıb.

Prezident İlham Əliyev çoxplatformalı vaksinasiya stirategiyasının hazırlandığını qeyd edib.

“Hansı texnologiya əsasında hazırlanmasından asılı olmayaraq, bizim üçün vacib olan elmi əsaslandırılmış təhlükəsizlikdir”, – deyə dövlət başçısı vurğulayıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir