Cəmiyyət

Azərbaycanda ana 16 yaşlı oğlundan niyə İMTİNA ETDİ? – ŞOK SƏBƏB – FOTOLAR

Xəzər televiziyasında yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızına oğlu Emilin axtarışı üçün müraciət edən Ramil keçmiş həyat yoldaşı haqda maraqlı açıqlama ilə çıxış edib.

Sonxeber.az xəbər verir ki, veriliş zamanı Ramil İsmayılov oğlu Emilin dərsini yaxşı oxumadığına görə anasının oğlundan imtina etdiyini bildirib.

Aparıcı isə dünən Emilin anası ilə danışdığını söyləyib:

“Anasına “efirə gəl, oğlunu bir yerdə axtaraq”,- dedim. Ancaq qadın gəlmədi. Dili də maşallah”.

Daha sonra Emilin atası Ramil qeyd edib ki, oğlu heç vaxt ana sevgisi görməyib:

“Anası oğlumdan imtina edib, sadəcə onun tapılmasını istəyir ki, mən baxım. Oğlum ana sevgisini heç vaxt görməyib. Emil 20 günlük olanda həyat yoldaşım onun ağzının üstündən iki sillə vurdu. Həyat yoldaşım onu vurmasın deyə gecələr onu mən yatırırdım. Emil döyülməkdən başqa bir şey görməyib. Emil o qədər döyülüb ki, gözlərini qırpır. Başını arxaya çevirir”.

Gülnarə Eynullaqızı
Azərbaycanda ana 16 yaşlı oğlundan niyə İMTİNA ETDİ? - ŞOK SƏBƏB - FOTOLARAzərbaycanda ana 16 yaşlı oğlundan niyə İMTİNA ETDİ? - ŞOK SƏBƏB - FOTOLAR

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir