Manşet

Azərbaycan ekstradisiya sahəsində 40-dan çox ikitərəfli müqavilələr üzrə əməkdaşlıq həyata keçirir

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabitliyin, qanunçuluğun və təhlükəsizliyin təmin olunması, xüsusilə cinayətkarlığın qarşısının alınması üzrə önəmli tədbirlər görülür, mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə görə, Azərbaycan dünyada qabaqcıl dövlətlərdəndir və bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyi tərəfindən dünyanın 33 ölkəsi ilə hüquqi sahədə ikitərəfli sazişlər üzrə, Avropa, habelə MDB çərçivəsində çoxtərəfli konvensiyalar, eləcə də digər qitələrin ölkələri ilə 40-dan çox ikitərəfli müqavilələr üzrə ekstradisiya, cinayət işləri üzrə hüquqi yardım və digər sahələrdə səmərəli əməkdaşlıq həyata keçirilir.

Cari ildə COVID-19 qlobal pandemiyası ilə əlaqədar ölkələrə giriş-çıxışa məhdudiyyətlərin tətbiqi, kommunikasiyanın çətinləşməsi ekstradisiya sahəsində rəsmi sənədlərin əsllərinin çatdırılmasında problemlər yaradır. Bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən xarici həmkarlarla məsləhətləşmələr aparılaraq ekstradisiya sorğularının elektron qaydada qəbul olunması və qısa müddətdə baxılması barədə razılığa gəlinib.

Ekstradisiya məsələsinə baxılarkən, həmçinin sorğu olunan şəxslərin insan hüquqlarının qorunmasına, penitensiar müəssisələrdə saxlanma şəraitinə və tibbi təminatına xüsusi diqqət yetirilir, bəzi hallarda isə bu sahədə vəziyyətlə yerində tanış olunur.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir