Cəmiyyət

DİN-dən yaşlı qadının sosial şəbəkədəki müraciəti ilə bağlı AÇIQLAMA

Qazax rayonunun Aslanbəyli kənd sakini Söylü Eminovanın on dörd baş iribuynuzlu mal-qarasının itməsi barədə sosial şəbəkələrdə paylaşılan iddiaları ilə əlaqədar Rayon Polis Şöbəsində araşdırmalar aparılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.

O bildirib ki, dekabrın 20-də Qazaxın Aslanbəyli kənd sakini S.Eminovanın oğlu Teymur Eminov DİN-nin “102” Zəng Mərkəzinə yaşadığı kəndin ərazisində ona məxsus on dörd baş iribuynuzlu mal-qarasının itməsi ilə bağlı müraciət edib:

“Müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları dərhal həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalarla mal-qaranın məhz sahibinin nəzarətsizliyi nəticəsində kənddən xeyli aralanaraq itdiyi müəyyən edilib.

Hazırda Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşa məxsus mal-qaranın tapılması istiqamətində zəruri tədbirlər görülür”.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə yayılan görüntülərdə Qazax rayonu Aslanbəyli kənd sakini olan 63 yaşlı qadın mal-qarasının oğurlandığını iddia edərək, kömək istəyib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir