Manşet

Xankəndi ətrafında 923 partlayıcı aşkarlandı

Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı mühəndis-istehkam qrupu ötən gün ərzində 4.3 hektar ərazini minalardan təmizləyib.

Bu barədə sülhməramlı kontingentin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Xankəndi ətrafındakı ərazilədə 923 partlayıcı maddə aşkarlanıb.

Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri – Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan noyabrın 10-da Qarabağda atəşkəsə dair birgə bəyanat qəbul ediblər. Bəyanata əsasən Qarabağda Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir