Manşet

Bakı metrosunda gediş haqqı 40 qəpik olacaq? – RƏSMİ AÇIQLAMA

Yanvarın 4-də Tarif Şurasının qərarı ilə Aİ-92 növ benzinin və dizelin qiyməti qaldırıldı. Belə ki, Aİ-92 növ benzinin qiyməti 10 qəpik qaldırılaraq 1 manat, dizel isə 80 qəpik oldu. Bu gün səsləndirilən iddialardan biri də metroda gediş haqqının 40 qəpiyə kimi qaldırılmasıdır.
Bununla bağlı danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, tərəfimizdən hələki, bununla bağlı hər hansı müraciət olunmayıb:
“Hər hansı qiymət artımının olması və qiymətləndirilmənin aparılması hələ tezdir. 2021-ci ilin ilk iş günüdür. Hələlik “Bakı Metropoliteni” QSC tərəfindən Tarif Şurasına heç bir müraciət olunmayıb”.
(sonxeber.az)
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir