Zərdab rayonu Alıcanlı kənd sakini, şəhid atası, birinci qrup əlil Ataxan Əsəd oğlu Əsədov Zərdab Rayon İcra Hakimiyyətinin Başçısı Mərdan Camalzadədən Azərbaycan Prezidentinə şikayət edib.
Zirveyolu.info xəbər verir ki, Alıcanlı kənd sakini şikayət məktubunda bildirib ki, oğlu Sərdar Əhədov Birinci Qarabağ Müharibəsində Ermənistan işğalçılarına qarşı döyüşərək qəhrəmancasına şəhid olub. O, oğlunun Vətənin müdafiəsi uğrunda döyüşməsi, şəhidlik zirvəsinə ucalması ilə fəxr etdiyini, qürur duyduğunu dilə gətirib.
A.Əsədov daha sonra qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda oğlu şəhid olan ataya qanunu sənədlə verilmiş 10 hektar torpaq sahəsini Zərdab Rayon İcra Hakimiyyətinin Başçısı Mərdan Camalzadənin sifarişi ilə əlindən alıblar:
“Həmin torpaq sahəsində əkdiyim taxili və yoncanı mal-qaraya otarıb tələf etdilər. Mal-qara sahibləri mənə dedilər ki, buna icazəni icra başçısı Mərdan Camalzadə və onun müavini Pərvin Mahmudova verib. Hansı ki, həmin torpaq sahəsini qanunu qaydada bələdiyyədən müqavilə ilə 25 illik icarəyə götürmüşəm. Əlimdə reyestr çıxarışı və icarə müqaviləsi var. Mən bu barədə iki dəfə Mərdan Camalzadənin qəbulunda oldum. Sonucu dəfə o mənim üstümə şığıyıb “məni bezdirmisən mən torpaq işinə baxmıram qışqırıb məni vurmaq istədi”. Orada olan insanlar müdaxilə etməsəydi icra başçısı məni vuracaqdı”.
A.Əsədov iddia edib ki, M.Camalzadə Zərdab rayonuna icra başçısı təyin olunandan əhaliyə zülm edir: “Zərdab rayon Alıcanlı bələdiyyəsinin sədri iclas protokollarında bələdiyyə üzvülərinin yerinə özü saxta imzalar edir. Hansı ki, 7 nəfər bələdiyyə üzvünün hamısı rayondan kənarda yaşayırlar həmin yerdə də işləyirlər. Bələdiyyə sədrinin baldızı müavinidir, qaynı isə mühasibdir. Bələdiyyəni ailə podratına çeviriblər. Kənddə 400 hektardan çox torpaq sahələri müxtəlif vətəndaşlara icarəyə verilib, ancaq bir mənə verilmiş torpaq sahəsi əlimdən qanunsuz olaraq alınıb. Bu isə şəhid ruhuna təhqirdir, şəhid ailəsinə hörmətsizlikdir. Mərdan Camalzadə Şirvan şəhərindən Zərdaba gələndə bütün şirvanlılar sevindilər, qurbanlar kəsdilər. Şirvan şəhərində “DOST” İş Mərkəzi xətti ilə ictimai işlərə adları qeyd edilmiş şəxslərin maaş kartları Mərdan Camalzadənin seyfindən çıxması xəbərini mətbuatda oxuyanda mən çox narahat oldum ki, bu adam Zərdabı da viran qoyacaq. Mən mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə müraciət edirəm. Xahiş edirəm şəhid atasını təhqqir edib qanunu qaydada icarəyə götürdüyü torpaq sahəsini əlindən alan icra başçısı Mərdan Camalzadənin barəsində ciddi tədbirlər görülsün, mənə torpaq sahəsi ayrılmasına köməklik göstərilsin”.
(yenisabah)