İqtisadiyyat

Azərbaycanda qaz hasilatı artacaq – Socar prezidenti

2019-cu ilin sonunadək Azərbaycanda qaz hasilatının 20 faiz artacağı proqnozlaşdırılır.

Zirveyolu.info-ın trend.az-a istinadən verdiyi məlumata görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev jurnaslitlərə açıqlamasında deyib.

O bildirib ki, 2018-ci ildə qaz hasilatı əhəmiyyətli dərəcədə artıb və bu tendensiya növbəti illərdə də davam edəcək.
Daha sonra şirkətin xarici investisiyalarından danışan R.Abdullayev deyib ki, SOCAR Türkiyədə ən iri investordur:

“Bu günədək biz Türkiyə iqtisadiyyatına 15 milyard dollar investisiya qoymuşuq, gələcəkdə bu göstəricinin 19,5 milyard dollaradək artırılması planlaşdırılır”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir