Manşet Siyasət

İsa Həbibbəyli vəzifəsindən azad edildi – YENİ TƏYİNAT

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin tərkibinin formalaşdırılması istiqamətində birinci vitse-prezident vəzifələri ləğv olunaraq, yalnız bir vitse-prezident vəzifəsi təsis olunub.

Bu barədə AMEA-nın Rəyasət Heyətinin cari ildə ilk iclası zamanı bildirilib.

Akademik Dilqəm Tağıyev AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə seçilib.

Akademiklər – İsa Həbibbəyli və İbrahim Quliyev isə AMEA-nın birinci vitse-prezidentləri vəzifəsindən azad edilərək, qurumun vitse-prezidentləri seçiliblər.

Eyni zamanda, akademik Vaqif Fərzəliyev AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi Şurasının sədri seçilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir