Siyasət

Prezident parlamentdən bu nazirləri işdən qovmasını istədi – Təcili müzakirə

Ukrayna Prezidenti Vladimir Zelenski Xarici işlər naziri Pavel Klimkin, müdafiə naziri Stepan Poltorak və Təhlükəsizlik Xidmətinin rəisi Vasili Qritsakın vəzifələrindən azad edilməsi üçün Ali Radaya müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilib.

Təqdimatda bildirilir ki, Zelenski konstitusiya əsasında hərəkət edir: “Ukrayna Prezidenti bu məsələlərin parlament tərəfindən təcili müzakirəsi üçün təkid edir”.
Bundan başqa, Zelenskinin administrasiyasında Yuri Lutsenkonun baş prokuror postundan azad edilməsi üçün də sənəd hazırlandığı vurğulanıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir