Manşet

İlham Əliyev: “Həmin şirkət cinayətkarlarla əlbir oldu”

“Zəngilanın işğaldan azad edilmiş ərazilərinə səfərim zamanı mən tamamilə dağıdılmış məscidə baş çəkdim”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, Şuşada onlar bütün məscidləri tamamilə dağıdıblar, bir məsciddən başqa: “O da yarımçıq dağıdılmışdı, lakin sonra İslama aid mədəni və dini məkanları qoruduqlarını nümayiş etdirmək adı altında onlar bəzi təmir işləri görməyə çalışmışdı. Əfsuslar olsun ki, bir xarici şirkət bu təxribatçı təşəbbüsə qoşulmuş və bizim icazəmiz olmadan qanunvericiliyimizi, sərhədlərimizi pozaraq Şuşaya gəlmişdi. Həmin xarici şirkət Azərbaycan hökumətinin icazəsi olmadan, Dağlıq Qarabağda həmin vaxt mövcud olan qanunsuz rejimin himayədarlığı altında bəzi təmir işləri görmüşdü. Beləliklə, onlar cinayətkarlarla əlbir oldular, çünki ermənilər işğal edilmiş ərazilərdə demək olar ki, 70 məscidi dağıdıblar.

Bu məscidlərdən birində təmir işləri aparmağa çalışmaq, sadəcə olaraq, onların sanki özlərini tolerant olduqlarını, müsəlman mədəniyyətinə, müsəlmanların hisslərinə hörmət etdiklərini nümayiş etdirmək cəhdi idi. Əgər onların münasibəti belə idisə, niyə digərlərini dağıdıblar və niyə digərlərini təmir etməyiblər? Şuşaya gəlmiş həmin xarici şirkət digər məscidlərin, bütün dini və mədəni irsin dağıdıldığını görmədi? Onlar hətta bunu dağıdan separatçılardan da pis davrandılar. Lakin biz hər şeyi bərpa edəcəyik. Biz hər şeyi ilkin vəziyyətinə gətirəcəyik, əraziləri yenidən quracağıq. Əminəm ki, gələn dəfə siz bizə səfər edəndə mənim Azərbay

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir