Cəmiyyət

Oqtay Şirəliyev və Ramin Bayramlı peyvənd olundular

Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev koronavirusa qarşı peyvənd olunub.

O, Bakı Sağlamlıq Mərkəzində vaksinasiya edilib. Oqtay Şirəliyev vaksinasiya olunan ilk şəxslərdən biridir.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) sədri Ramin Bayramlı, Səhiyyə nazirinin müavini Viktor Qasımov və TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva da koronavirusa qarşı peyvənd olunublar.

Vaksinasiyasının ikinci mərhələsi fevralın 1-dən başlanılacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir