Ermənistanın Gümrü şəhərində ağır qzəa baş verib. Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, 25 yaşlı Rusiya vətəndaşı Leonid Xomyakovun idarə etdiyi “Opel” markalı avtomobillə 83 yaşlı Gümrü sakini Seryoja Hakopyana məxsus “KamAZ” markalı avtomobil toqquşub.
Toqquşma nəticəsində “Opel” markalı avtomobildə yanğın baş verib. Xilasedicilər sürücünün yanmış cəsədini avtomobildə tapıblar.
Hadisə ilə bağlı cinayət işi açılıb. Məlumata görə, Xomyakov Gümrüdəki Rusiya hərbi bazasında xidmət edirmiş…