Manşet

Bu şəxslər məcburi vaksinasiya olunacaq (VİDEO)

Məktəblərdə ənənəvi təhsilə fevralın 1-dən start veriləcək. Pandemiya dövründə şagird və müəllimlərin təhsil prosesinə cəlb olunacağı maraqla gözlənilir.

Bundan əvvəlki təcrübələrdə müəllimlərdən koronavirus testi tələb edilirdisə, hazırda ölkədə kütləvi vaksinasiya prosesi gedir.

Ötən brifinqdə vaksinasiya prosesinə müəllimlərin cəlb ediləcəyi açıqlanmışdı. Kütləvi yoluxmaların qarşısını almaq üçün Bakı, Sumqayıt və Abşeronda fəaliyyət göstərən 16 698, bölgələrdə isə 32 mindən çox təhsil işçisinin vaksinasiya olunması nəzərdə tutulub.

Ölkədə fəaliyyət göstərən 151 min müəllimin 37 faizinin yaşı 60-ın üzərindədir. Risk qrupunda olan müəllimlərin vaksinasiya prosesi heç də könüllülük prinsipi əsasında həyata keçirilməyəcək.

“Yaş riskinə aid olan müəllimlər könüllü deyil, məcburi şəkildə qoşulacaq. Ona görə onlar gündəlik olaraq azyalı uşaqlarla təmasdadırlar”, – deyə təhsil eksperti Kamran Əsədov bildirib.

ARB24-ün hazırladığı süjeti təqdim edirik:
[media=https://youtu.be/bi_xGSgE3I4]

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir