Cəmiyyət

Yeni smart-tipli sayğaclardan kimlər istifadə edəcək? – AÇIQLAMA

“Əhaliyə limit verilib. Noyabr-oktyabr aylarından başlayaraq müəyyən edilən limiti keçən abonentlər yandırdığı sərfiyyata uyğun daha çox vəsait ödəyir. Bununla əlaqədar onlar qaz sərfiyyatı üçün ödədikləri vəsaitin çox olduğunu bildirirlər”.

Bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib:

“3-5 ildən bir sayğaclar dövlət yoxlamasına getməlidir. Bəzi abonentlərimiz müddəti bitmiş sayğaclardan narazıdırlar. Biz bu gün köhnə sayğacların yeniləri ilə əvəz olunmasını təmin edirik. Sayğacların yoxlanma prosesi təkcə “Azəriqaz”ın iştirakı həyata keçirilmir, burada həm də Azərbaycan Metrologiya İnstitutunun nümayəndələri iştirak edir. Həmin nümayəndənin imzası, onun razılığı olmadan bu sayğaclar istismara buraxılmır. Ölkəyə gətirilən sayğaclar dövlət reyestrindən keçir. Əgər abonent şikayət edirsə, biz onu araşdırmağa hazırıq.

Yeni smart-tipli sayğaclar yalnız yeni abonentlərə, eyni zamanda bundan əvvəl də smart-tipli sayğacdan istifadə olunan yaşayış evlərinə quraşdıracağıq.

Həm yeni abonentlər üçün quraşdırılan sayğaclar, həm də sayğacların dəyişdirilməsi tam ödənişsizdir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir