ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə söhbəti zamanı çəkinməyərək ehtiyat etdiyi mövzular barədə danışıb.
Bunu Ağ Evin mətbuat katibi Cen Psaki brifinqdə çıxışı zamanı bildirib.
“O, söhbət Putin və hazırkı Rusiya rəhbərliyinin fəaliyyəti ilə bağlı narahatlıqlarından gedəndə heç zaman çəkinməyib. ABŞ prezidentinin bu danışıqlar zamanı reallaşdıra bildiyi dəqiq hədəfləri var idi”, – deyə Psaki bildirib.