Manşet

DSX-dən əməliyyat: Üç nəfər tutuldu – FOTO

Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları növbəti dəfə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bildirilib ki, yanvarın 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar-Gömrük avtomagis­tral yolunun yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində içə­risində üç nəfərin olduğu yaşıl rəngli “Mercedes” markalı, 10-SU-801 dövlət nöm­rə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması sərhəd naryadının diqqətini cəlb edib.

Yolun kə­na­rında gizli yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən şübhəli şəxs sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq qaç­mağa çalışarkən saxlanılıb.

1974-cü il təvəllüdlü Bakı şəhər sakini Məlikov Pərviz Baba oğlu olduğu müəyyənləşdirilən şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 8 kiloqram 410 qram narkotik vasitə və psixotrop maddəyə (3 kq 275 qr “metamfetamin” və 5 kq 135 qr “tiryək”) oxşar maddələr aşkar olunaraq götürülub.

Sərhədçilər tərəfindən P.Məlikovun saxlanılmasını müşahidə edən avto­mo­bildəki digər şəxslər hadisə yerindən qaçıb, Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi ərazisində saxlanılıb, müqavimət göstərən avtomobil sürücüsü gömrük əməkdaşlarının xidməti avtomaşınına ziyan vurub.

Saxlanılan şəxslərin Bakı şəhər sakinləri 1978-ci il təvəllüdlü Həsən­xa­nov Nəbi Yusif oğlu və 1987-ci il təvəllüdlü Süleymanova Elmira Sabir qızı olmaları, N.Həsənxanovun dəfələrlə müxtəlif cinayət hadisələrinin törədilmə­si­nə, o cümlədən narkotik vasitələrin istifa­dəsinə görə məhkum edilməsi müəy­yən­ləşdirilib.

Araşdırma zamanı P.Məlikov və E.Süleymanova törətdikləri cinayət əməlini etiraf edərək, əraziyə narkotik vasitəni götürməyə gəldiklərini bildiriblər.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir