“Son dörd gündə məktəblərdə çox az sayda yoluxma qeydə alınıb”.
Bu barədə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev bu gün “Yuxarı siniflər və universitetlərdə ənənəvi tədrisin qismən bərpası” mövzusunda Nazirliyin “Facebook” səhifəsi üzərindən keçirilən canlı yayımda məlumat verib.
R.Tağıyev bildirib ki, yoluxma səbəbindən hər hansı təhsil müəssisəsində siniflərin bağlanması ilə bağlı hal qeydə alınmayıb.