Manşet

Azərbaycanda su ilə bağlı Milli Strategiya hazırlanır

“Su ilə bağlı tədbirlər planında Milli Strategiyanın hazırlanması məqsədi qoyulub. Bu il ərzində plan hökumətə veriləcək”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında ETSN-nin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib.

Onun sözlərinə görə, su ehtiyatlarının hövzə prinsipi ilə idarə olunması, çayların idarəetmə planlarının hazırlanması, dövlət səviyyədə tətbiq olunması qarşıda duran məqsəddir:

“Hökumət tərəfindən baxıldıqdan sonra plan ölkə başçısına təqdim ediləcək. Bu barədə qurumların rəyləri öyrənilir”.

“Strategiyanın tətbiqi ilə qanunvericilikdə, beynəlxalq yanaşmada, idarəolunma prinsiplərində müəyyən tələblər qoyulur. Bununla bağlı ictimaiyyətə məlumat veriləcək”, – deyə o əlavə edilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir