Dünya

Rusyada intiharlar davam edir: Daha üç məktəbli özünə qəsd etdi

Moskvada üç məktəbli eyni anda intihara cəhd edib. Onlar həb qəbul ediblər. Lakin qızları xilas etmək mümkün olub.

Bu barədə “BAZA” “Telegram” kanalı xəbər yayıb. Onların vəziyyətinin ağır olduğu vurğulanır. Bildirilir ki, polisə yerli sakinlərdən biri zəng edib və mənzillərdən birində pəncərənin qarşısında bir qızın dayandığını və ehtimal ki, intihar etmək istədiyini bildirib. Polislər həmin ünvana gəlib və mənzilə giriblər. İçəridə üç məktəbli olub. Onlardan ikisi huşsuz vəziyyətdə imiş. Məlum olub ki, məktəblilər həb qəbul ediblər. Onların hər üçü zəhərlənmə diaqnozu ilə uşaq xəstəxanasına yerləşdirilib.

Hazırda məktəblilər reanimasiyadadır.

Xatırladaq ki, bir neçə gün öncə Moskvada 12 yaşlarında olan iki qız intihar etmişdi. Onlar özlərini 17-ci mərtəbədən atmazdan öncə video yayımlamışdılar.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir