Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“ASAN Xidmət”) məxsus “İnnovasiyalar Mərkəzi” MMC-nin rəhbərliyinə müvəqqəti təyinat olub.
“Report”xəbər verir ki, şirkətə rəhbərlik Vüsal Rüstəmova həvalə edilib.
O, indiyə qədər “İnnovasiyalar Mərkəzi”nin direktor müavini olub, şirkətin rəhbərliyində bu günlərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzinTelekom” MMC-nin direktor əvəzi təyin olunmuş Tağı Tağızadəni əvəz edib.
Xatırladaq ki, “İnnovasiyalar Mərkəzi” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. Şirkət Azərbaycanda sənaye, maliyyə, elm-təhsil və digər sahələrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi və onlara texniki dəstəyin verilməsini, informasiya sistemlərinin və informasiya ehtiyatlarının yaradılmasını və təkmilləşdirilməsini həyata keçirir.