Manşet

“Əli və Nino”nun mərkəzi filialı qarət olundu – Video

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin Fəvvarələr Meydanında yerləşən filialı ötən gün qarət olunub. 

Mediabiz.az xəbər verir ki, bu barədə mağazanın təsisçisi Nigar Köçərli məlumat yayıb. O qeyd edib ki, hadisə ötən gün axşam saat 9 radələrində qeydə alınıb:

“Mağazaya 3 nəfər daxil olub. Onlardan biri suallarla satıcıların başını qatıb, digər iki nəfər isə işçilərə aid otağa daxil olaraq onların telefon və digər əşyalarını oğurlayıb. Mənzili və ya ofisi qarət olunanlar bizim nələr yaşadığımızı yaxşı anlayar. Xüsusən də, bu hadisənin Bakının mərkəzində baş verməsi çox təssüf doğurur”.

N. Köçərli əlavə edib ki, təsisçisi olduğu mağazalar şəbəkəsində daha əvvəl də oğurluq halları baş verib.

Mağazanın Gənc Tamaşaçılar Teatrının yaxınlığında yerləşən şöbəsi eyni dəstə tərəfindən dəfələrlə qarət olunub. Onun iddiasına görə, polis bölməsində təqsirləndirilən şəxslərlə söhbət aparılıb, daha sonra onlar azadlığa buraxılıblar:

“Oğurluq hadisəsi ilə bağlı polisə dərhal məlumat verilib. Hadisə yerinə gələn polis əməkdaşları şəhərin mərkəzində uzun müddət fəaliyyət göstərən bu quldur dəstəsini yaxşı tanıdıqlarını bildirdilər”.

Oğurluq hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. DİN-dən saytımıza bildirildi ki, hazırda sözügedən faktla bağlı araşdırma gedir. 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir