Manşet

Dünya Bankının ekspertləri ilə görüş keçirildi

Dünya Bankının ekspertləri ilə özəl sektorun diaqnostikası çərçivəsində logistika sahəsinin qiymətləndirilməsi mövzusunda onlayn görüş keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Komitənin aidiyyəti qurumlarının nümayəndələri, Dünya Bankının eksperti Daniel Saslavski və bankın nümayəndələri iştirak edib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov Dünya Bankı ilə Dövlət Gömrük Komitəsi arasında uzunmüddətli münasibətlərin qurulduğunu və səmərəli əməkdaşlığın daim inkişaf etdiyini bildirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən islahatların gömrük orqanlarının kadr potensialının, maddi-texniki, normativ-hüquqi bazasının gücləndirilməsinə, ümumdünya gömrük sisteminə inteqrasiyasının beynəlxalq miqyasda gömrük əməkdaşlığının genişləndirilməsi və inkişaf etdirilməsinə münbit şərait yaratdığını diqqətə çatdıran Komitə sədrinin müavini Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin mütəmadi xarakter daşıdığını vurğulayıb.

Dünya Bakının eksperti Daniel Saslavski təmsil etdiyi qurumla Dövlət Gömrük Komitəsi arasındakı əlaqələrdən məmnunluqla bəhs edib, görüşün keçirilməsi və özəl sektorun diaqnostikası məqsədilə təqdim olunan məlumatlara görə təşəkkürünü bildirib.

Daha sonra görüşdə logistika sektorunun qiymətləndirilməsinin aparılması, özəl sektorun iqtisadiyyatda iştirak imkanlarının artırılması mövzusunda müzakirələr aparılıb.

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir