Manşet

9 ildir Bakıda belə sərt hava olmayıb

“2012-ci ildən sonra fevral ayında belə kəskin hava şəraiti qeydə alınmayıb və bu Bakıda ən aşağı temperatur göstəricisi olub”.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, həmin il havanın temperaturu paytaxtda mənfi 11 dərəcə olub ki, bu da rekord göstərici idi.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin fevralın 24-ü saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4.4-4.9, Aran rayonlarında 0-3, dağlıq rayonlarda 3-5, yüksək dağlıq ərazilərdə 8-12, Naxçıvan MR-da 3-8 dərəcə şaxta olub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir