Ötən gün kəskin hava şəraiti ilə bağlı 64 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə məlumatı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası yayıb. Bildirilib ki, fevralın 24-dən etibarən ümumilikdə 64 nəfər (35 kişi, 29 qadın) hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılardan 5-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.