Təhsil

Magistraturaya qəbul imtahanının nəticələri məlum oldu – YENİLƏNİB

Magistraturaya qəbul imtahanında iştirakı nəzərdə tutulan 19885 bakalavrdan 256 nəfəri imtahana gəlməyib. Üç nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv olunub.

Bununla bağlı DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 96 bal olub.

“Bakalavrların imtahan nəticələrinə əsasən bu il median göstəricisi 47,57 bal olub. Bu o deməkdir ki, imtahan iştirakçılarının yarısı (9810 nəfərdən çox) bu göstəricidən daha yuxarı bal toplayıb. Median göstəricisinin 48 bala yaxın olması imtahanda təqdim olunan test tapşırıqlarının bakalavrların bilik səviyyəsinə uyğun olmasını deməyə əsas verir.

Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcəkdir).

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 5 mart 2021-ci il tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək. Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 3-4 mart tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir bakalavrın ərizəsi üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır”, – deyə məlumatda qeyd edilib.

16:33

Dövlət İmtahan Mərkəzi (DİM ) ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının nəticələrini açıqlayıb.

Bakalavrlar iş nömrəsini 7727 qısa nömrəsinə SMS vasitəsilə göndərərək məlumat ala bilərlər.

Qeyd edək ki, fevralın 28-də magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 81 imtahan binasında aparılib.

İmtahanda iştirak üçün 19 885 bakalavr ərizə təqdim edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir