Manşet

Azərbaycan  gerçəklərini  dünyaya tanıdan lider.

 

26 fevral 2021-ci il tarixdə  möhtərəm Prezidentimiz  İlham Əliyevin  xarici və yerli jurnalistlərlə keçirtdiyi mətbuat  konfransı  əksər  dövlət rəhbərlərinə  nümünədir. Xocalı soyqırımı, 44 günlük müharibə,azad olunmuş torpaqların bərpası haqqında ətraflı  məlumat  verildi. Hətta işğaldan azad olunmuş ərazilərdə olan jurnalistlərin fikirləri ilə  tanış olduq. 30 ilə yaxın  işğalda saxlanılan  torpaqlarda ermənilər ancaq mina basdırmaqla, mülki və dövlət  obyektlərini,təbii sərvətlərimizi  talamaqla  məşğul olublar. Prezidentin 4 saat  20 dəqiqə fasiləsiz  4 dildə suallara cavab verməsi 25 il jurnalist  stajına malik türk əsilli Böyük Britaniya  xəbər  agentliyinin əməkdaşının   gözündən qaçmamışdır. “Bununla siz, dünya rekordu vurdunuz”- deyə qeyd etdi.

Rusiyanın Zvezda telekanalının  əməkdaşının fikri: “Dünyanın gözündə siz unikal  Prezident  yaratdınız. 44 günlük müharibə  zamanı 23 dəfə Ermənistana  sülh təklifi etdiniz, Ermənistan isə bir dəfə də  olsun bu addımı atmadı”.                                           İspan  jurnalistinin fərəhlə dedikləri: ”Sizin dil qabiliyyətinizə söz ola bilməz bu mənim  dövlət rəhbərlərində yoxdur”.

İlham Əliyev cənablarının  siyasi zəhmindən  İran  Mehr  xəbər agentliyinin xanım jurnalisti sualı düzgün qura bilmir. Prezidentimiz   jurnalistin  məsuliyyətini, hansı dövləti  təmsil etməsini unutmamağı  ona başa salır.

Bütün bunlar  məni çox heyran etdi.Hələ ilk dəfə  Prezident  seçiləndə vəd etdiklərini  həyata  keçirməsi, Ulu Öndərin  vəsiyyətini  yerinə yetirməsi ölkəmizin  işıqlı sabahından  xəbər  verir. İnanıram  Azərbaycan  elə bir  qüdrətə malik  olacaq ki, dünyanın güc-qüvvələri  onunla razılaşacaqlar.

XI əsrin  hərbi taktikasına  yeniliklər gətirən, Azərbaycan  diplomatiyasına  uğurlar  qazandıran, ölkəmizin inkişafına, xalqımızın  rifahınının yaxşılaşmasına  ömrünü həsr edən Prezident-Azərbaycan Prezidentidir.

Xalqın Prezidentlə birliyini qurub məhəbbətini qazanmışdır. Odur ki  xarici və daxili düşmənlərə üz tutub deyirəm: Xalqın sevgisinə nail olan  rəhbərə heç kəsin gücü çatmaz. Biz həmişə  möhtərəm  Prezident  İlham  Heydər oğlu Əliyevin yanındayıq.

Fərziyev  Əfrail  

Masallı rayon  Ərkivan qəsəbəsi

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir