“Azərbaycanda “Smart Customs”ın tətbiqi ilə ölkədə işbazların sayı azalıb”.
Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikası ilə bağlı keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, komitəyə məsələ ilə bağlı hər gün yüzlərlə müraciət daxil olur:
“Sifarişçilər bildirir ki, mən mal gətirməmişəm, lakin adıma məhsul var və ya mən ilk dəfədir ki, məhsul sifariş edirəm, amma artıq limitim dolub. Bu o deməkdir ki, elektron idarəetmə sistemlərinin, yəni “Smart Customs”un işə düşməsi yüzlərlə vətəndaşın adına başqalarının mal gətirməsi məsələsini ortadan qaldırıb. Bununla da işbazlar dövriyyədən çıxacaq və real ticarət dövriyyəsi ortaya qoyulacaq”.